AZ

Hindistanda 2000 turist daşqınlara görə maneəyə məruz qalıb- ÖZƏL

Hindistanın şimalında güclü yağışlar yağır, torpaq sürüşmələri başlayıb, çaylarda suyun səviyyəsi qalxıb. 

Olaylar.az xəbər verir ki, şiddətli fəlakət Sikkim əyalətində 2000-ə yaxın turistin qarşısını kəsib. 

İnsanlar təhlükəsiz zonadadırlar, lakin dağıntılar və ekstremal hava şəraiti səbəbindən onları təxliyə etmək hələ ki mümkün deyil.

Şimal ştatlarında pis hava şəraiti 6 nəfərin ölümünə səbəb olub. Yağışın səbəb olduğu torpaq sürüşməsi içərisində insanların olduğu evləri uçurub. Yolların dağılması səbəbindən bir neçə ərazinin əlaqəsi kəsilib. 36 saat aramsız yağış yağdığı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
olaylar.az

1Mənbələr