AZ

“Ulu Öndər Azərbaycan dövlətinin siyasi, iqtisadi və hüquqi əsaslarını formalaşdırdı” - ŞƏRH EDİLDİ

15 iyun Azərbaycan dövlətçiliyinin tarixində ən mühüm günlərdən biridir. Haqlı olaraq xalqımız bu günü Qurtuluş Günü kimi qeyd edir. Məhz 1993-cü ilin 15 iyununda Ümummilli Lider Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri vəzifəsinə seçilərək, taleyüklü məsələləri öz öhdəliyinə götürdü və Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib. Deputat bildirib ki, Azərbaycan 1991-ci ilin oktyabrında öz müstəqilliyini elan etməsinə baxmayaraq, təəssüf ki, 1993-cü ilin iyun ayına qədər Azərbaycanda demək olar ki, müstəqil dövlət quruculuğu prosesləri baş vermədi: “Gedən proseslər isə əksinə Sovet dövründən qalmış hökumət strukturlarının fəaliyyətinin də iflic olmasına gətirib çıxartdı. Nəhayət 1993-cü ilin aprelində Kəlbəcərin işğal olunmasından sonra ölkədəki vəziyyət daha da xaos halına çevrildi. Ölkədə demək olar ki, hakimiyyətsizlik başladı və ölkə Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində vətəndaş müharibəsinə çevrilmək təhlükəsi ilə üzləşdi. Məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bütün proseslər yavaş-yavaş tənzimləndi, təhlükələr aradan qalxdı və Azərbaycanın müstəqil dövlət kimi formalaşması prosesi başladı.Ulu Öndərin Azərbaycanda prezidentlik vəzifəsində qaldığı 10 il ərzində Azərbaycan dövlətinin həm hüquqi, həm iqtisadi, həm də siyasi əsasları formalaşdı. Xüsusilə Azərbaycana zərərli olan, ölkəmiz üçün uğursuz gedən müharibə dayandırıldı və Qarabağ probleminin həlli sülh platformasına keçirildi. Təbii ki, Ümummilli Lider bilirdi ki, danışıqlar uzun çəkəcək, Minsk Qrupu isə ermənipərəst mövqe sərgiləyəcək. Ancaq Azərbaycanın dirçəlməsi lazım idi. Məhz 1994-cü ildə atəşkəs müqaviləsinin bağlanması və həmin ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan dövlətçiliyinin statusunun müəyyənləşməsi və inkişaf etməsində mühüm rol oynadı.Ulu Öndərin uzaqgörən siyasəti, cəsarəti, siyasi təcrübəsi nəticəsində Azərbaycan beynəlxalq imicini möhkəmləndirdi, bütün dünyaya Qarabağ məsələsindəki həqiqətləri göstərmiş oldu. 1995-ci ildə ilk milli konstitusiyamızın qəbul olunması da tarixi hadisə idi ki, məhz həmin dövrdə YAP iqtidara gəldi. Bundan sonra isə bütün seçkilərdə xalqın etimadını doğrultdu.2003-cü ildən sonra isə həmin siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi, Azərbaycan qüdrətli dövlətə çevrildi. Ordumuz dünyanın ən müasir hərb standartlarına uyğun olaraq formalaşdı. Məhz bu ordunun və vətənpərvər gənclərin iştirakı ilə torpaqlarımız 44 günlük zəfər savaşında qalib olduq, Azərbaycan ədaləti bərpa etdi. Bu gün biz qürurla deyə bilirik ki, Azərbaycan dövlət müstəqilliyini tam bərpa edib və dünyanın seçilən dövlətlərindən birinə çevrilib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
sesqazeti.az

2Mənbələr