AZ

Bu il ixrac olunan polietilenin həcmi açıqlanıb

Bu

Bakı, 14 iyun, AZƏRTAC

Yanvar-may aylarında Azərbaycandan polietilen ixracı 17 faiz azalaraq 55,1 min ton olub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 59,1 milyon dollar təşkil edib.

Xatırladaq ki, 2023-cü ilin eyni aylarında 68,6 milyon dollarlıq 66,4 min ton polietilen ixrac olunub.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
azertag.az

1Mənbələr