AZ

DOLLARDAN “AYRILAN” RUBL YUANA TƏSLİM OLUR...- “Rus pulu” Çin Kommunist Partiyasının qərarlarından asılı olacaq

Artıq xəbər verildiyi kimi, iyunun 12-də ABŞ Rusiyaya qarşı yeni sanksiyalar elan edib. Bu dəfəki sanksiyalar çərçivəsində Moskva birjasına məhdudiyyətlər qoyuldu və bununla da onun dollar və avro ilə ticarət imkanları qapadıldı. Bu isə Rusiyanın valyuta bazarında ajiotaj yaradaraq, ABŞ dollarının və avronun kəskin bahalaşmasına səbəb oldu. Hazırda məzənnənin nisbətən sabitləşdiyi bildirilsə də, açıq qalan xeyli suallar var...

Əksər mütəxəssislər əmindirlər ki, Rusiya Mərkəzi Bankı vəziyyəti düzəltməyə nail olacaq. Lakin bunun özünü iqtisadiyyatdakı müxtəlif proseslərin qeyri-sabitliyində ifadə edəcəyi heç bir şübhə doğurmur. Həmçinin, bu baş verənlər rublun konvertasiyası sahəsində böyük bir geriyə addım sayılır. Beləliklə də Rusiya iqtisadiyyatında, maliyyə bazarlarında bir növ 1990-cı illərə qayıdış və eyni zamanda da, müasir İranın vəziyyətinə doğru daha bir “sıçrayış” baş verir.

Məlum məsələdir ki, hazırkı ajiotaja rəğmən, yaxın gələcəkdə rublun məzənnəsi sabitləşəcək, çünki Rusiya Mərkəzi Bankının bunun üçün kifayət qədər alətləri var. Qismən bu, artıq baş verib - Rusiya Bankının iyunun 13-də rəsmi məzənnənin hesablanmasının yeni metodu ilə bağlı bəyanatı fonunda rubl qismən də olsa əvvəlki mövqelərinə qayıdıb.

Mərkəzi Bank qeyd edib ki, Rusiyada dollar və avro ilə birjadankənar ticarət davam edib və ən böyük bankların gündəlik hesabatlarına əsasən, Mərkəzi Bank “sabah üçün” orta məzənnəni təyin edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
azpolitika.info

1Mənbələr