Alnaniyalı futbolçu Mats Hummels Dortmund “Borussiya”sından ayrılıb.
Msport.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı müdafiəçinin başa çatan sözləşməsi artırılmayıb.
Qeyd edək ki, 2019-cu ildə “Borussiya”ya qayıdan Hummels 2009-2016-cı illərdə də bu komandanın uğurları üçün çalışıb. O, Dortmund klubunda 2010/2011 və 2011/2012 mövsümündə Almaniya Bundesliqasının qalibi olub.