AZ

Ərdoğan 15 il sonra bu ölkəyə getdi

Dünyanın ən böyük 7 iqtisadiyyatını təşkil edən G7 ölkələrinin liderləri bu il İtaliyanın Apuliya bölgəsindəki Borqo Eqnaziyada toplaşıb.

Medianews.az xəbər verir ki, 15 ildən sonra yenidən üç günlük sammitdə xüsusi qonaq qismində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

Ərdoğan sammitdə Qəzzada daimi atəşkəsin təmin edilməsi üçün Türkiyədən diplomatiya və humanitar yardımdan danışacaq, həmçinin Qəzzadakı vəziyyətlə bağlı G7 liderlərinə müraciət edəcək.

İclasa BMT-nin baş katibi Antonio Quterreş, Roma Papası, habelə Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Argentina, Braziliya, Hindistan və İordaniya liderləri və hökumət başçıları dəvət olunub.

Ayşən

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
medianews.az

1Mənbələr