Azərbaycan samboçusu Rəsul Aydəmirov Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında medal qazanıb.
Fanat.Az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançımız bürünc mükafata yiyələnib.
Milli üzvü 98 kq çəki dərəcəsində üçüncü yeri tutub.