AZ

Palçıq Vulkanları Turizm Kompleksindən FOTOREPORTAJ - Giriş qiymətləri

Bakı. Trend:

Palçıq Vulkanları Turizm Kompleksinə giriş üçün biletlərinqiyməti məlum olub.

Trend xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinintabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədriMurad Ağabəyli jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, biletlərin qiyməti yerli turistlər üçün 5 manat,xarici turistlər üçün isə 15 manatdır:

"Şəhid ailələri və qazilər, eləcə də, məktəblilər üçün girişpulsuzdur".

Qeyd edək ki, təbiətin maraqlı hadisəsi olan palçıq vulkanlarıdünyanın bir çox ölkəsində mövcuddur. Azərbaycan palçıqvulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yerkürəsində məlum olan 2 mindən artıq palçıq vulkanının 350-dən çoxuAzərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir. Palçıqvulkanları əsasən Abşeron yarımadası, Bakı ətrafındakı adalarqrupu, Şamaxı, Qobustan və cənub-şərqi Şirvanda yayılıb. PalçıqVulkanları Turizm Kompleksində “Qılınc” palçıq vulkanını yaxındanizləmək mümkündür. Bu vulkanlar bir sırada düzülmüş 8 sopkadan(təpə) ibarətdir. Sopka brekçiyası (iri qrunt süxurları) böyük birsahəni əhatə edərək şimal-şərqə qədər uzanan iki zolaq əmələgətirib. İyirmi hektar sahəyə yayılan brekçiyanın uzunluğu 300-500metrdir. Bu zolaqların eni isə bəzi yerlərdə 50 metrə çatır.Ümumilikdə ölkəmizdəki vulkanların 60 faizi aktiv sayılsa da, elmimənbələrdə “Qılınc” vulkanının güclü püskürmələri barədə məlumatarast gəlinmir.

Palçıq Vulkanları Turizm Kompleksi 12 hektar ərazidə tikilib.Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizminfrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmışinsanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib.Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından vəemalatxanadan ibarətdir.

Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəviözəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketiilə tanış olmaq mümkündür. Burada, həmçinin Azərbaycanın həryerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir.Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyüyatağa dair məlumatlar da yer alır. Emalatxanada isə dulusçuluq vəneftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil ediləcək.

Kompleksin Təbiət tarixi sərgi zalı eksponatların zənginliyi iləböyük maraq doğurur. Sərginin “Böyük pişiklər”, “Qobustan faunası”,“Azərbaycanın vəhşi heyvanlarının ayaq izləri”, “Azərbaycanınhəşərat dünyası”, “Kiçik ölçülü heyvan skeletləri” guşələrindəAzərbaycan və dünya faunasına aid vəhşi və ev heyvanlarınınskeletləri, Azərbaycan təbiətinə aid olan həşəratlar, suda-qurudayaşayanlar və sürünənlər sərgilənir. Sərgidə nümayiş etdirilənbütün heyvan skeletləri və canlılar orijinal eksponatlardır. Bueksponatlar bioetika normalarına uyğun olaraq hazırlanıb və biolojiölümdən sonra Azərbaycan mütəxəssisləri tərəfindən onilliklərərzində müxtəlif yerlərdən toplanmış heyvan skeletlərindənibarətdir. Təbiət tarixi sərgisi Azərbaycanın faunasınınzənginliyini, biomüxtəlifliyini nümayiş etdirir. Sərgidə Azərbaycanvə dünya faunasına aid 98 heyvan skeleti, 870 müxtəlif növqurudulmuş həşərat, xüsusi məhlulda nümayiş etdirilən 57 canlı, birsıra sürünən və suda-quruda yaşayan heyvanlar, həmçininpaleontoloji eksponatlar nümayiş etdirilir. Uşaqların vəməktəblilərin ətraf aləm haqqında maraqlarını artırmaq və onlardaheyvan skeletləri barədə təəssürat yaratmaq məqsədilə divarlardamüxtəlif heyvanların şəkilləri və illüstrasiyaları sərgilənir.Burada, həmçinin milli parklarımızda dövlət mühafizəsinə götürülmüşbir sıra heyvanların, o cümlədən bəbir, bezoar keçisi, ceyran,Xəzər suitisinin arealları haqqında məlumat verilir.

Kompleksdə yaradılmış Minerallar sərgisində isə Azərbaycanərazisindən tapılan 80-ə yaxın fərqli növ mineral nümayişetdirilir. Ziyarətçilər burada ölkəmizin hər yerindən - Qobustandantutmuş Naxçıvana qədər əksər bölgələrdən gətirilmiş gözəl və nadirqiymətli daşlar, kristallar və geoloji nümunələri görə bilərlər.İki hissədən ibarət sərginin birinci bölməsində palçıqvulkanlarının püskürdüyü qaya brekçiyasının nümunələri, digərbölmədə isə ölkəmizdəki müxtəlif faydalı qazıntı yataqlarındatapılan minerallar nümayiş etdirilir. Burada ziyarətçilərə Yerintəki, geoloji proseslər, süxurların və mineralların əmələ gəlməsihaqqında da məlumatlar təqdim olunur. Palçıq vulkanlarınınətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdəyerləşən vulkanlar haqqında ictimai maarifləndirmənin artmasına vəonların təbiət irsi kimi təbliğinə şərait yaradacaq.

Qeyd edək ki, ərazidə 110 nəfərlik restoran da tikilib,turistlərin vulkanları izləməsi üçün piyada yolu çəkilib. Buradapanoramlı müşahidə nöqtəsi və meydança da salınıb. Bu meydançayaqalxmaqla hündürlükdən ətrafdakı palçıq vulkanlarını seyr etmək,maraqlı vaxt keçirmək mümkündür.

Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində turistlərinrahat gediş-gəlişini təmin etmək üçün avtodayanacaq salınıb.Əyləncəli vaxt keçirmək istəyən turistlər ekoloji cəhətdən təmiznəqliyyat vasitəsi olan kvadrosikllərlə bu çətin relyefli ərazidətura qoşulmaq imkanı əldə edəcəklər.

FOTOLAR: Seymur İsmayılov

Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Palçıq
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
48
az.trend.az

10Mənbələr