AZ

Putin: Qərbin “oğurluğu” cəzasız qalmayacaq

 
Rusiya Prezidenti Vladimir Putin Qərbin Rusiya aktivləri ilə bağlı qərarına sərt reaksiya verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Putin bu gün verdiyi açıqlamada Qərbin Rusiyanın suveren aktivlərini ələ keçirməsinin \"oğurluq” olduğunu və bunun cəzasız qalmayacağını bildirib.
 
Putin həmçinin \"Bizi İsveçrədəki konfransa dəvət etmədilər. Rusiyasız və bizimlə açıq və məsuliyyətli dialoq olmadan Ukrayna, Avropa təhlükəsizliyinə həll yolu tapmaq mümkün deyil\" deyib.
 
Putin bildirib ki, Ukrayna Donetsk, Luqansk, Xerson və Zaporojyadan qoşunlarını çıxarsa və NATO-ya üzv olmaq istəyindən əl çəkərsə, danışıqlara başlaya bilərlər.

Rusiya lideri çıxışına davam edərək bildirib ki, artıq qlobal təhlükəsizliyin Qərb modeli işləmir.

Vaşinqtonun silah müqavilələrindən geri çəkilməklə qlobal təhlükəsizliyi pozduğunu bildirən Putin qlobal təhlükəsizliyin \"Qərb modeli”nin çökməsi nəticəsində dünyanın \"geri dönüşü olmayan nöqtəyə” çatdığını bəyan edib.

O əlavə edib ki, gələcəyin qlobal təhlükəsizlik sistemi hər kəsə, o cümlədən NATO üçün açıq olacaq.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
azxeber.com

1Mənbələr