AZ

Rusiya prezidenti: "Avro-Atlantik təhlükəsizlik sistemi çöküb"

"Avro-Atlantik təhlükəsizlik sisteminin dağılmasının şahidi oluruq. Bu sistemi yenidən yaratmaq lazımdır.

Bakıvaxtı.az "Vedmosti"yə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə Rusiya prezidenti Vladimir Putin deyib.

Dövlət başçısı əlavə edib ki, təhlükəsizlik sisteminin çökməsi kimi hallar Rusiya və onun tərəfdaşlarının yeni variantlar hazırlamasını tələb edir. Ona görə də sistem hazırlanandan sonra beynəlxalq müzakirəyə təqdim ediləcək.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə xarici işlər naziri Sergey Lavrov, onun köməkçiləri və müavinləri, həmçinin Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Dumanın beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski iştirak edirlər.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
bakivaxti.az

1Mənbələr