AZ

Məşhur çex müğənnisi Viktoriya Vera Blayt Ankarada öldürülüb

Ankarada beynəlxalq aləmdə böyük əks-sədaya səbəb olan qətl hadisəsi baş verib. Belə ki, məşhur çex müğənnisi Viktoriya Vera Blayt həyat yoldaşı, 53 yaşlı ingilis Devid Blayt tərəfindən güllələnib.

Həyat yoldaşını öldürəndən sonra Devid Blayt intihar edib.

Devid Blayt beynəlxalq aləmdə neft-qazma işləri ilə məşğul olan məşhur şirkətin sahibi idi. O 2019-cu ildən həyat yoldaşı və üç uşağı ilə Ankarada yaşayırdı.

Uşaqlarının dediyinə görə, evdə mübahisə anasının telefonuna gələn zəng olub.

Türkiyə prokurorluğu hadisə yerində araşdırma aparır.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
oxumeni.az

1Mənbələr