AZ

“Ermənistanın orduya nəzarət edə bilməməsindən belə hadisələr baş verir“ - Azər Bayramov

"Ermənistan hakimiyyəti orduya tam nəzarət edə bilməməsindən belə hadisələr baş verir"

Hərbi ekspert Azər Bayramov bunu News365.az-a açıqlamasında deyib. 

"Ermənistan ordusunda hələ də kənar güclərə bağlı olan terrorçü qruplaşmalar mövcuddur. Onlar istəniən halda öz ağalarının tapşırıqlarını icra edərək sülh sazişinin imzalanmasını maksimum şəkildə əngəlləməyə çalışırlar. Azərbaycan tərəfi hər zaman olduğu kimi bütün məsələlərin danışıqlar və hümanizm yolu ilə hjəll olunmasının tərəfdarıdır. Çox təəssüf ki, Ermənistan hakimiyyətinin orduya tam nəzarət edə bilməməsi ucbatından belə hadisələr baş verir"- deyə fikirlərini bildirib. 

Vəfa Vəliyeva, News365.az


Seçilən
118
news365.az

1Mənbələr