\"Borussiya Dortmund\" baş məşqçi Edin Terziçlə yollarını ayırıb.
AZXEBER.COM xəbər verir ki, 41 yaşlı məşqçinin öz istəyi ilə işindən ayrıldığı, qarşılıqlı razılıq əldə edildiyi bildirilib.
Terziç açıqlamasında kluba uğurlar arzulayıb: \"Düşünürəm ki, \"Borussiya Dortmund\" yeni mövsümdə meydanda yeni bir insana sahib olmalıdır. Mən həmişə kluba ən yaxşısını arzulayıram və vidalaşmıram. Görüşərik!\".
2021-ci ildə \"Borussiya Dortmund\"la Almaniya kubokunu qazanan Terziç, 2022-23 mövsümündə liqa çempionluğunu son həftədə \"Bavariya\"ya uduzdu. Təcrübəli məşqçinin rəhbərliyi altında ötən mövsüm UEFA Çempionlar Liqasının finalına yüksələn Almaniya klubu Madrid \"Real”ına 2:0 hesabı ilə məğlub olub.
Məryəm