AZ

Naxçıvanda əmək müqavilələrinin sayı artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 2926 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınan vergi ödəyicilərinin sayı 19,1 faiz artıb.

Hesabat dövründə qeydiyyata alınan aktiv vergi ödəyicilərinin sayı ötən ilin yanvar-may aylarının göstəricisi ilə müqayisədə 25 faiz artaraq 2607 olub. Cari ilin 5 ayında bağlanmış yeni əmək müqavilələrinin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 526 olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
6
vergiler.az

7Mənbələr