AZ

27 min tələbənin borcu silindi

Gürcüstanın Nazirlər Kabineti 27 min tələbənin təhsil borcunun silinməsi barədə qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Giorgi Amilaxvari danışıb.

Onun sözlərinə görə, tələbə borcunun ümumi məbləği 30 milyon lariyə (təxminən 17 milyon 800 min manat) yaxın olub. Borca görə tələbələr təhsillərini dayandırmaq məcburiyyətində qalıblar.

“İstəsələr, onlara statuslarını bərpa etmək və təhsillərini davam etdirmək imkanı verildi”, - Amilaxvari bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
publika.az

1Mənbələr