AZ

Bloomberg: G7 Rusiya neftinin qiymət tavanına nəzarəti gücləndirəcək

“Bloomberg” xəbər verir ki, G7 ölkələri Rusiya nefti üçün müəyyən etdikləri qiymət tavanına riayət etmək üçün tədbirləri sərtləşdirmək niyyətindədirlər.

Turkustan.az xəbər verir ki, G7 Rusiyanın enerji təchizatı və xammal satışından əldə etdiyi gəlirlərə əhəmiyyətli təzyiq göstərməyə davam edəcək. Agentlik qeyd edir ki, söhbət yeni sanksiyaların tətbiqindən, eləcə də Rusiyanın yan keçid marşrutlarından istifadəsinə qarşı mübarizənin “innovativ yollarından” gedir.

Bundan əlavə, Rusiya metallarının tədarükü də sanksiyalara məruz qalacaq.

2022-ci il dekabrın 5-də Avropa İttifaqı (Aİ), G7 və Avstraliya Rusiya neftinin bir barelinə 60 dollardan yuxarı qiymət həddini tətbiq edib, eyni zamanda Rusiya neftinin Avropaya tədarükünü qadağan edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
turkustan.az

1Mənbələr