AZ

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının startı təxirə salınıb

Çimərlik

Bakı, 14 iyun, AZƏRTAC

Çimərlik voleybolu üzrə qadın və kişilər arasında keçiriləcək Azərbaycan çempionatının tarixlərində dəyişiklik olub.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, iyunun 25-28-də keçirilməsi nəzərdə tutulan çempionatın startı 18 yaşadək qız və oğlanlardan ibarət komandaların beynəlxalq turnirdə iştirakı səbəbindən təxirə salınıb.

Dəyişikliyə əsasən, ölkə birinciliyi iyulun 16-19-da təşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
6
azertag.az

9Mənbələr