AZ

Polşa Belarus sərhədinə hərəkət məhdudiyyətləri tətbiq edib

Polşa artan miqrasiya təzyiqi və təhlükəsizlik səbəbilə Belarus sərhədinin bəzi hissələrində hərəkət məhdudiyyətləri tətbiq etməyə başlayıb.

525.az xəbər verir ki, Polşa hökuməti Belarus sərhədinin bəzi hissələrində hərəkəti məhdudlaşdıran təcrübənin bu gündən qüvvəyə mindiyini açıqlayıb.

Təxminən 400 kilometrlik Polşa-Belarus sərhədinin 60 kilometrinə təsir edən və 90 gün ərzində qüvvədə qalması planlaşdırılan tətbiq çərçivəsində, icazəsiz şəxslərin bəzi yerlərdə 200 metr, bəzi yerlərdə 2 kilometrə qədər sərhədə yaxınlaşmasına icazə verilməyəcək.

Belə ki, sərhədyanı ərazilərə bölgə sakinləri, bölgədə işləyən və ya təhsil alanlar daxil ola biləcək.

Məhəmməd Tağıyev























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
525.az

1Mənbələr