AZ

Çin bütün tərəfləri Ukrayna üzrə dialoqa dəvət etməyə çağırır

Çin Ukraynada sülhə nail olmaq üçün bütün səyləri alqışlayır və bütün müvafiq tərəfləri bərabər şərtlərlə dialoqa dəvət etməyə çağırır.

Bu barədəÇin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinqdə deyib.

“Çin Ukraynada sülhü təşviq etmək üçün bütün səyləri alqışlayır və dəstəkləyir. Çin sülh konfransında İsveçrə və Ukrayna da daxil olmaqla, müvafiq tərəflərlə əlaqə saxlayır, bütün müvafiq tərəfləri bərabər şərtlərlə iştirak etməyə və bütün variantları müzakirə etməyə dəvət edir”, - sözçü bildirib.

İsveçrə iyunun 15-16-da Burgenstok ərazisində Ukrayna ilə bağlı konfrans keçirməyi planlaşdırır. İsveçrə Federal Xarici İşlər Departamenti daha əvvəl bildirmişdi ki, Bern Ukrayna ilə bağlı konfransa G7, G20 və BRİKS ölkələrindən 160-dan çox nümayəndə heyəti dəvət edib. İsveçrə rəsmilərinin sözlərinə görə, Rusiya dəvət olunmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
aznews.az

1Mənbələr