AZ

Bütün dövlətlərin özlərini təhlükəsiz hiss etməsi üçün bir sistem yaratmağı təklifi irəli sürüldü- ÖZƏL

Rusiya prezidenti Vladimir Putin bütün dövlətlərin özlərini təhlükəsiz hiss edəcəyi bir sistemin yaradılması təklifi ilə çıxış edib. 

Olaylar.az xəbər verir ki, bu təşəbbüs diplomatik idarənin rəhbərliyi ilə görüş zamanı səsləndirilib.

"Təhlükəsizlik və etibarın olmaması problemi təkcə Avrasiya qitəsinə aid deyil. Biz dünyanın bir-birinə necə bağlı olduğunu görürük", - deyə dövlət başçısı vurğulayıb.

O əlavə edib ki, Ukrayna böhranı buna misaldır. Putin vurğulayıb ki, Ukrayna ilə bağlı böhran iki dövlət arasında münaqişə deyil. Əgər belə olsaydı, o zaman ruslar və ukraynalılar bütün məsələləri və fikir ayrılıqlarını ədalətli həll etmək yolunu tapardılar", - deyə dövlət başçısı yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
olaylar.az

1Mənbələr