AZ

Putin Avrasiyada yeni təhlükəsizlik sisteminin yaradılmasını təklif edib - YENİLƏNİB

"Avrasiyada yeni təhlükəsizlik sistemi yaradılmalıdır. Bunun üçün qarşılıqlı təminatların geniş müzakirəsinə başlamaq tələb olunur".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə deyib.


“Biz hesab edirik ki, Avrasiyada kollektiv təhlükəsizliyin ikitərəfli və çoxtərəfli təminatlarının yeni sisteminin geniş müzakirəsinə başlamağın vaxtı çatıb. Eyni zamanda, gələcəkdə Avrasiya regionunda xarici qüvvələrin hərbi mövcudluğunun tədricən azaldılması istiqamətində işləmək lazımdır”, - deyə RF Prezidenti vurğulayıb.


Putin MDB ölkələrinin ŞƏT və BRİCS üzrə tərəfdaşları dialoqa dəvət edərək çoxqütblü dünyada beynəlxalq münasibətlərə dair birgə sənəd qəbul etdiyini xatırladıb. Bildirib ki, iştirakçılar danışıqların BMT-də ciddi şəkildə inkişaf etdirilməsində maraqlıdırlar.


“Gələcək təhlükəsizlik arxitekturasının onun yaradılmasında iştirak etmək istəyən bütün Avrasiya ölkələri üçün açıq olmasından çıxış etmək vacibdir.
Hamı üçün o deməkdir ki, bura Avropa- NATO ölkələri də aiddir. Biz eyni qitədə yaşayırıq, nə olursa olsun, coğrafiyanı dəyişdirə bilmərik, biz bu və ya digər şəkildə birgə yaşamalı və birlikdə işləməli olacağıq”, - deyə Rusiya lideri qeyd edib.

***

13:47

"ABŞ-dən kritik, demək olar ki, tam asılılıq Avropa üçün əsas təhlükədir".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə bildirib.

Onun sözlərinə görə, Avropa siyasətçiləri öz vətəndaşlarından çox Vaşinqtonun gözündən düşməkdən qorxurlar.

Rusiya Prezidenti, həmçinin əlavə edib ki, avropalı siyasətçilər ABŞ-nin təzyiqlərini, qalmaqallarını, onları gizlicə izləmələrini və bahalı Amerika qazının alınmasını həzm edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
4
apa.az

5Mənbələr