AZ

Kürdəmirdə xəstəxanaya gətirilən 7 yaşlı uşaq öldü

Kürdəmir rayonunda qrip olduğu üçün xəstəxanaya gətirilən 7 yaşlı uşaq ölüb.

Avtosfer.az xəbər verir ki, hadisə iyunun 14-ü saat 12 radələrində qeydə alınıb.

Belə ki, rayonun Cəyli kənd sakini, daun sindromlu, 2017-ci il təvəllüdlü Soltan Elman oğlu Soltanov qrip olduğu üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlərin səyinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Hazırda araşdırma aparılır.


(report)

Seçilən
107
9
avtosfer.az

10Mənbələr