AZ

Dövlət büdcəsində ÜDM-in 5,3%-i qədər profisit yaranıb

2024-cü ilin yanvar-mayında dövlət büdcəsinin icrasında 2533,0 milyon manatlıq və ya ÜDM-in 5,3%-i qədər profisit yaranıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. 
 
Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 16005,9 milyon manat, xərcləri 13472,9 milyon manat təşkil edib.
 
Cari ilin 4 ayında dövlət büdcəsinin icrasında 2 milyard 509 milyon 900 min profisit yaranmışdı. 
 
5 ayda əhalinin nominal gəlirləri 31899,3 milyon manat olub ki, bu da 2023-cü ilin 5 ayı ilə müqayisədə 5,3% çoxdur. Bu əhalinin hər nəfərinə orta hesabla 3130,6 manat təşkil edib.

Əhalinin sərəncamında qalan gəlirləri 27940,9 milyon manat olub.
 
Aygün Mirakif
 


www.anews.az
Seçilən
123
anews.az

1Mənbələr