Bu gün AÇ-2024 start götürəcək.

Offsideplus.az xəbər verir ki, Almaniyada keçirilən və 1 ay davam edəcək turnirdən əldə ediləcək gəlir bəlli olub. Çempionatdan sonra ölkə 1 milyard avro qazanc əldə edə bilər. Bu məlumatı "Reuters" nəşri yayıb. Məlumata görə, gəlirin bu qədər olmasının səbəbi turist axınının çox olmasıdır. 

Qeyd edək ki, turnir bu gün keçiriləcək Almaniya - Şotlandiya görüşü ilə start götürəcək.