Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə zəvvarlar üçün avtonom uçan taksi ilə sərnişin daşıma xidmətinə başlayıb.

İndex.az xəbər verir ki, bu il 2024-cü ilin həcc mövsümündə Məkkədə özləri uça bilən və zəvvarlara xidmət edə bilən hava taksiləri görəcəyik.

Avtonom uçan taksilər zəvvarların daşınmasını asanlaşdırmaqla yanaşı, bir çox üstünlüklər verəcək. Onlar fövqəladə hallarda sürətli nəqliyyat, tibbi avadanlıqların daşınması və logistika xidmətləri kimi sahələrdə istifadə olunacaq.

Səudiyyə Ərəbistanı nəqliyyat sektorunu modernləşdirmək və ağıllı mobilliyi artırmaq üçün bu cür texnologiyalara sərmayə qoyur. Milli Nəqliyyat və Logistika Strategiyası çərçivəsində uçan taksilər, elektrik nəqliyyat vasitələri və hidrogen qatarları kimi innovativ layihələrlə ölkənin nəqliyyat infrastrukturunu gələcəyə hazırlamağı hədəfləyirlər.

Avtonom uçan taksi xidmətinin zəvvarların dini vəzifələrini daha rahat və tez yerinə yetirmələrini təmin edəcək bir həll təklif edəcəyi bildirilir. Yəni Məkkənin sıx tıxacında saatlarla gözləmək əvəzinə, müqəddəs yerlərə bir neçə dəqiqəyə çatmaq mümkün olacaq. Bu xidmətin xüsusilə ahıllar və hərəkət imkanları məhdud zəvvarlar üçün böyük rahatlıq olacağı bildirilib. Əlbəttə, onu da qeyd etməliyik ki, bu xidmətin ucuz olacağı gözlənilmir.