AZ

"Leonardo Art School Baku" tələbələrinin sərhədsiz fantaziyası - Bakıda keçirilən sərgidə parlaq rənglərin ardıcıllığı (FOTO)

Bakı. Trend:

Bakıda yerləşən "1969" qalereyasında "Leonardo Art School Baku"incəsənət məktəbinin tələbələrinin əsərlərindən ibarət sərgininaçılışı olub.

Trend xəbərverir ki, tədris ilinin yekunlarına əsasən təşkil olunmuş sərgi"İncilər Aləmi" adlanır. Sərgidə gənc rəssamların tədris iliərzində yaratdıqları ən yaxşı əsərləri nümayiş olunur.

Sərgilənən əsərlər "Leonardo Art School Baku" pedaqoqlarınındiqqətli rəhbərliyi altında tələbələrin öz yaradıcı potensiallarınıinkişaf etdirdiyi, özləri üçün rəsmdə yeni texnikaları kəşf etdiyi,düşüncə azadlığı, kompozisiya həlli, parlaq rənglərin ardıcıllığıilə insanı heyrətə salan əsərlər yaratdığını nümayiş etdirir.

"Leonardo Art School Baku" tələbələrinin fantaziyasısərhədsizdir, hər bir əsər izləyicilərə ilıq və parlaq emosiyalarbəxş edən heyrətamiz və parlaq dünyadır.

Sərginin açılışında çıxış edən "1969" rəsm qalereyasınınrəhbəri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, rəssam ElçinOrucov sərgiyə "Leonardo Art School Baku"nun 40-dan çoxyetirməsinin 80-dən yuxarı əsərinin daxil olduğunu qeyd edib.

"Qalereyamızın zalında bütün dünyada tanınan Azərbaycanrəssamlarının - Tahir Salahovun, Mikayıl Abdullayevin, VəcihəSəmədovanın, Maral Rəhmanzadənin və başqalarının əsərlərindənibarət sərgilər keçirilib. Fikrimcə, burada gənc rəssamların -"Leonardo Art School Baku"nun tələbələrinin əsərlərindən ibarətsərginin keçirilməsi onlar üçün incəsənəti daha çox öyrənməsi, rəsmçəkməsi, öz istedadını inkişaf etdirməsi, öz üzərində işləməsi üçünstimul və motivasiya olacaq.

"Leonardo Art School Baku"nun təsisçisi Nərminə Həsənovaya vəməktəbin müəllimlərinə uşaqlarda və yeniyetmələrdə incəsənətə sevgiaşıladıqlarına, maraq yaratdığlna, onları yaradıcılığahəvəsləndirdiklərinə görə dərin minnətdarlığımı bildirirəm", -Elçin Orucov deyib.

Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, professorAğaəli İbrahimov artıq ikinci ildir ki, "Leonardo Art School Baku"tələbələrinin əsərlərindən ibarət sərgini ziyarət etdiyini vədəyişilməz olaraq əsərlərin müəlliflərinin istedadı vəsəmimiyyətinə heyran olduğunu vurğulayıb.

"Sevindirici haldır ki, uşaqlar Avropa rəssamlıq məktəbi,Vinsent van Qoq, Pol Qogenin, Anri Matis və bir çox digər tanınmışrəssamların əsərləri ilə tanışdır. "Leonardo Art School Baku"nungənc istedadları tanınmış fırça ustalarının əsərlərindənilhamlanaraq əsərlər yaratması, onlardan bəzilərinin sərgiyə daxilolması diqqətəlayiq haldır. Bir rəssam olaraq mənim üçün yetişməkdəolan gənc nəslin əsərlərindəki kompozisiya həlli, məna, baxışmaraqlıdır və əlbəttə ki, onların səmimiyyəti, yaradıcı təzahürdəkisərbəstliyi insanı valeh edir. Mən "Leonardo Art School Baku"nunmüəllimləri ilə görüşdüm. Onlara böyük əhsən düşür. Yetişməkdə olannəslin istedadlı, incəsənəti sevən və öz işinə sadiq olanmüəllimlərlə məşğul olmaq, onlardan öyrənmək imkanı var", -Azərbaycanın Xalq rəssamı deyib.

Şair, publisist Fəxrəddin Meydanlı qeyd edib ki, uşağa hərhansısa sahədə dərs deyəndə və onu yönəldəndə bu işə ilk növbədəsevgi qatmaq lazımdır.

"Mən tez-tez rəsm sərgilərini ziyarət edirəm və "İncilər Aləmi"sərgisi məndə böyük təəssürat yaratdı. Şübhəsiz, bu qədər gəncistedadlarımızın olması sevindirici haldır. Gənc müəlliflərinəsərləri diqqətimi cəlb etdi. Sərgini - həm qalereyanın ab-havası,həm də sərgi məkanının tərtibatını çox bəyəndim. "Leonardo ArtSchool Baku"ya fəaliyyətlərində böyük uğurlar arzulayıram və qoy bukimi tədbirlər mümkün qədər çox olsun", - Fəxrəddin Meydanlıdeyib.

Sərginin rəsmi açılışından sonra tədbirin qonaqları hər birəsəri aşkar maraqla izləyirdi, sanki müxtəlif dünyalara sehrlisəyahətlər edir, gənc rəssamlar isə onlara bələdçi olurdu.

Belə ki, yeddi yaşlı Əhməd Məmmədzadənin "Alisa MöcüzələrDiyarında" əsərinə baxan izləyici özünü çoxlu kilidli qapıları olanAğ Dovşanın yuvasında "tapır", səkkiz yaşlı Leyla Quliyeva isəzebraların və fillərin yaşadığı savannada gəzişməyi "təklif edir",onun həmyaşıdı Selin Kərimova isə insanı əfsanəvi su pərilərininyaşadığı su hövzələrinin dərinliklərinə qərq edir.

Beləliklə, bir möhtəşəm əsərdən digərinə keçid edən izləyicilərözlərini müxtəlif - xəyali, əyləncəli və nağıl aləmlərindətapırlar. Rəssamların əsərləri böyükləri uşaqlıq illərinə qaytarır,onlara sevinc, xoşbəxtlik və səmimi uşaqlıq duyğuları ilə dolu bugözəl çağları xatırladır.

"Leonardo Art School Baku"nun pedaqoqu Əminə Rəcəbəliyevanınsözlərinə görə, hər akademik ilin sonunda yekun sərgikeçirilir.

"Biz kreativliyi inkişaf etdirir, müxtəlif texnikalarafokuslanırıq. Çox gənc tələbələrimiz flomasterlə rəsm çəkməyixoşlayır, lakin böyüdükcə akvarel, akril boyaları daha çoxsevirlər.

Uşaqların məktəbimizin proqramı üzrə məşğul olmaq, müxtəlif rəsmtexnikalarını öyrənmək, daha sonra işləmək, incəsənət, rəssamlar vərəngkarlıq tarixi barədə mümkün qədər çox öyrənmək imkanının olmasımöhtəşəmdir", - o deyib.

Leonardo Art School Baku"nun yetirməsi, 10 yaşl Melissa Hacıyevaböyük ilhamla rəsm çəkdiyini deyib.

"Leonardo Art School Baku"da oxuduğum ikinci ildir, məşğələlərdəiştirak etmək, yeni şeylər öyrənmək çox xoşuma gəlir.Müəllimlərimiz möhtəşəmdir, öz təcrübə və biliklərini bizimləbölüşdükləri üçün onlara minnətdaram. Sərgidə iki əsərim nümayişolunur, biri Novruz bayramına, digəri isə dəniz mövzusuna həsrolunub. Həm birinci, həm də ikinci əsərimdə qadın obrazı yer alır",- gənc rəssam deyib.

Səkkiz yaşlı Adil Bağırov rəsm çəkməyi çox sevdiyini və hər dəfənövbəti rəssamlıq dərsini səbirsizliklə gözlədiyini vurğulayıb.

"Leonardo Art School Baku"da məşğələləri ziyarət etmək çoxxoşuma gəlir, hər dərsi səbirsizliklə gözləyirəm. Artıq üç ildirki, məşğul oluram, əsərlərimdə, adətən, insanlar, mənzərələr vəheyvanları təsvir edirəm. "Leonardo Art School Baku"da bizəincəsənətdən, tanınmış rəssamlar və onların yaradıcılıq yolundanbəhs olunması çox xoşuma gəlir. Yeni bir şey öyrənmək o qədərmaraqlıdır ki", - deyə Adil Bağırov əlavə edib.

Qeyd edək ki, sərgiyə 4-13 yaş arası gənc müəlliflərin əsərləridaxil olub.

"Leonardo Art School Baku" gənc istedadların öz bacarıq,kreativlik və assosiativ təfəkkürünü kəşf edərək inkişafetdirdikləri gözəl tədris və yaradıcılıq məkanıdır. Tədris ilininsonunda nümayiş olunan yekun sərgi və buradakı əsərlər tələbələrinəldə etdikləri bilik və bacarıqları əyani şəkildə göstərir.

Həmçinin, qeyd edək ki, "Leonardo Art School Baku" tələbələrinmərhələli yaradıcı inkişafı üçün beş əsas kursdan istifadə edir.Hər bir tədris ili "Leonardo Art School Baku" tələbələrinin ənyaxşı əsərlərinin illik ekspozisiyası ilə başa çatır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
az.trend.az

3Mənbələr