AZ

Ərdoğan: "BMT İsrailə lazımi təzyiqi göstərməlidir"

"İspaniyanın Qəzza ilə bağlı mövqeyi Fələstini hələ də tanımayan ölkələrə nümunə olmalıdır".

Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, bunu İspaniyanın baş naziri Pedro Sançes ilə birgə keçirilən mətbuat konfransında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdğan görüşdə Fələstin torpaqları, xüsusilə Qəzzada baş verən hadisələrin müzakirə olunduğunu bildirib:

"Qəzza ilə bağlı verilən qərarlar əhəmiyyətlidir. Qəbul edilən qərarlar kağız üzərində qalmamalı, həyata keçirilməlidir". 

Gülşən Şərif
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
bakivaxti.az

1Mənbələr