AZ

SpaceX-dən qovulan mühəndislər Maska qarşı cinsiyyətçilik iddiası qaldırdı

Dünyanın ən zəngin adamı olan İlon Mask şirkət daxilində seksizmdə və işçiləri ilə işəgötürən münasibətlərində həddini aşmaqda ittiham olunub.   Manset.az-ın ABŞ-ın “Wall Street Journal” qəzetinə istinadən məlumatına görə, Maskın SpaceX kosmos şirkətində bir işçi ilə cinsi əlaqədə olduğu və başqa bir işçidən körpəsini dünyaya gətirməsini istədiyi iddia edilib. Kosmos şirkəti SpaceX-dən qovulan mühəndislərin açdığı iddiada Maskın şəxsi həyatını iş həyatı ilə qarışdırdığı iddia edilib. Mühəndislər Maskın qadınlara qarşı cinsi qısnama və ayrı-seçkilik iddiaları ilə bağlı narahatlıqlarını dilə gətirdikləri üçün qanunsuz olaraq işdən çıxarıldıqlarını bildiriblər. Səkkiz mühəndisin təqdim etdiyi iddia hesabatında Maskın 2010-cu illərin əvvəllərində özündən 20 yaş kiçik bir təcrübəçi ilə əlaqəsi olduğu, onu İtaliyanın Siciliya şəhərindəki Google konfransına apardığı, 2017-ci ildə ona tam ştatlı iş təklif etdiyi və ona ədəbsiz mesajlar göndərməyə davam etdiyi iddiaları yer alıb. Bildirilib ki, Mask 2013-cü ildə şirkətdən ayrılan başqa bir qadın işçidən uşaqlarına surroqat ana olmasını istəyib. 2014-cü ildə onun Talulah Riley ilə evli olduğu müddətdə SpaceX-in başqa bir qadın idarəçisi ilə münasibətdə olduğu iddia edilib. 11 dəfə ata olmuş Maskın 2022-ci ildə Neuralink-in əməkdaşı Şivon Zillisin surroqat analığı ilə əkiz uşaqları dünyaya gəlib. Əfsanə Rəcəb Manşet.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
manset.az

1Mənbələr