AZ

Kuboku qazanacağımıza inanıram -Lotar Matteus

Almaniya millisi Avropa çempionu olacaq.

“İki sahil” xəbər verir ki, bunu Almaniya futbolunun əfsanəsi Lotar Matteus bu gün ölkəsində start götürəcək AVRO-2024 barədə danışarkən deyib.

63 yaşlı keçmiş yarımmüdafiəçi yığmanın titula sahib çıxacağına əmin olduğunu bildirib: "Finalda Fransanı məğlub edəcəyik. Daha əvvəl oyunçu kimi sahib çıxdığım kuboku qazanacağımıza inanıram".

Qeyd edək ki, Almaniya və Şotlandiya yığmaları arasında keçiriləcək XVII Avropa çempionatının açılış oyunu bu gün, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. AVRO-2024 iyulun 14-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
ikisahil.az

1Mənbələr