AZ

Postu təhvil aldı, 2 cinah müdafiəçisi istədi

“Napoli”nin yeni baş məşqçisi Antonio Konte komandasının müdafiə xəttini gücləndirmək niyyətindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı klub rəhbərliyindən sağ cinah müdafiəçisi Amar Dediçi (“Zalsburq”) və sol cinah müdafiəçisi Leonardo Spinazzolanı (“Roma”) istəyib.

21 yaşlı bosniyalı Dediç “Napoli”dən ayrılmağı planlaşdıran kapitan Covanni di Lorensonu əvəzləyə bilər.

31 yaşlı italiyalı müdafiəçiyə gəlincə isə, o, azad agent kimi komandaya qoşulacaq. Belə ki, onun “Roma” ilə müqaviləsi bu ay başa çatır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
sportinfo.az

1Mənbələr