AZ

AVRO-2024: 1 milyard avroluq qazanc və ya barlarda pivə tükənib

AVRO-2024-ün Almaniyanın büdcəsinə gətirə biləcəyi qazanc açıqlanıb.

İdman.biz xəbər verir ki, Avropa çempionatının ev sahibinin 1 milyard avro qazanacağı proqnozlaşdırılır.

Buna böyük turist axınının səbəb olacağı gözlənilir. Avropanın ən güclü 24 yığmasını qəbul edən Almaniyaya on minlərlə azarkeş təşrif buyurub.

Münhen barlarından birində yaşanan hadisə də böyük turist axınından xəbər verir. Çox sayda şotlandiyalı azarkeşlərin gəlməsi bardakı pivə ehtiyatlarının tükənməsi ilə nəticələnib.

Qeyd edək ki, bu gün start götürən AVRO-2024 iyulun 14-də başa çatacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
idman.biz

1Mənbələr