AZ

Bu barədə danışmaq tezdir - İcra hakimiyyəti 

Bakıda "Ətçilər" kimi tanınan ərazi tam sökülüb bitdikdən sonra abadlaşdırma aparılacaq.

SeherXeber.org xəbər verir ki, bu barədə Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib.

"Hələ ki, orada hər hansısa bir tikintinin aparılacağı ilə bağlı məlumat yoxdur. Bu barədə danışmaq tezdir. Abadlaşdırılacaq, təmizlənəcək və bütün normalara uyğunlaşdırılacaq. Orada hər hansı bir tikinti işləri olduğu təqdirdə biz bu barədə mətbuata rəsmi məlumat verəcəyik", - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərən kafelər və ət dükanları sökülür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
seherxeber.org

1Mənbələr