AZ

Bu gün Azərbaycan xalqı öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır - İntiqam Cümşüdov

Hər il olduğu kimi, bu il də bütün dünya azərbaycanlıları tərəfindən Milli Qurtuluş Gününün növbəti ildönümü böyük coşqu ilə qeyd edilir. Artıq o əzəmətli tarixi gündən 31 il ötür. Məhz həmin gün, 1993-cü ilin iyun ayının 15-də xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilərək, dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas etdi. Ölkə daxili siyasi böhrandan qurtuldu. Belə ki, ümummilli liderin dövlətçilik təcrübəsi, düzgün seçim strategiyası və bunun fonunda atdığı zəruri addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslər mərhələli şəkildə aradan qaldırıldı. Az müddət sonra prezidentin səlahiyyətlərini həyata keçirməyə başlayan Ulu Öndər oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər ölkənin və xalqın ən ağır vaxtında hakimiyyətə gəlişi ilə tarixi bir missiyanı, Azərbaycanı, dövlətçiliyi, müstəqilliyi, milli ideologiyanı daxili və xarici düşmənlərin caynağından özünün fitri istedadı, dərin zəkası, qətiyyəti, uzaqgörənliyi ilə qurtardı, konkret olaraq, kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, son damla qanına qədər onunla mübarizə aparacağını qətiyyətlə bəyan etdi. Ulu Öndər xalqı qardaş qırğınından, vətəndaş müharibəsindən, ölkəni separatçılıqdan və real parçalanma təhlükəsindən, xalq təsərrüfatını dağılmaqdan xilas etdi, müharibədə atəşkəsə nail oldu.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
paytaxt.org

1Mənbələr