AZ

"Bizi favorit sayırlarsa..." - Usman Dembele

Fransa millisinin vingeri Usman Dembele bu gün start götürəcək Avropa çempionatının favoriti sayılmalarına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "RMC Sport" onun sözlərini belə çatdırıb:

Bizi favorit sayırlarsa, bununla razılaşırıq. Amma öz aramızda turnirin favoriti olub-olmadığımızı müzakirə etmirik. Həqiqət meydanda üzə çıxır. Elə komanda ilə qarşılaşa bilərsən ki, sənə meydanda rahat nəfəs almaq imkanı verməz. 

İlk oyunları kollektiv şəkildə izləyəcək, Avstriya ilə matça hazırlaşacağıq. Baş məşqçimiz hər şeyin yaxşı olması üçün məşqlərdə çox əziyyət çəkir. Biz sakit və məqsədəyönlüyük".

Qeyd edək ki, Fransa seçməsi Niderland, Polşa və Avstriya ilə birlikdə D qrupunda yer alıb.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
fanat.az

1Mənbələr