AZ

Yay aylarında dərimizi necə qoruyaq?

Yay ayları ilə birlikdə üzünü göstərməyə başlayan günəş bizi isitmək və enerjimizi artırmaqla yanaşı, zərərli şüaları ilə dəri xərçənginə də yol açır.

Bakıvaxtı.az xəbər verir ki, xüsusi ilə saat 10:00 - 15:00 arası günəş şualarına xüsusi diqqətlə yanaşılmalıdır.

Saat 10.00-15.00 arasında birbaşa günəş işığına məruz qalmamaq və şapka, eynəklə qorunmaq çox vacibdir. Həmçinin günəşin zərərli şüalarına qarşı günəşdən qoruyucu kremdən istifadə etmək lazımdır. Günəşdən qoruyucu kremlər günəşə çıxmadan təxminən 20 dəqiqə əvvəl çəkilməli və hər iki saatdan bir təkrar tətbiq edilməlidir. Çünki günəşdən qoruyucu kremlərin təsiri suya məruz qaldıqda azalır.

Günəşdən gələn ultrabənövşəyi şüalarla yanaşı, siqaret çəkmək, havanın çirklənməsi, yanlış qidalanma, yuxusuzluq və stress də dəri sağlamlığına mənfi təsir göstərir.

Kifayət qədər yuxu aldığımıza əmin olmalı və stressi idarə etməyi öyrənməliyik. Araşdırmalar göstərib ki, meditasiya, yoqa, nəfəs məşqləri və fiziki məşqlər stressə qarşı faydalıdır. Qablaşdırılmış qidalardan, şəkərli qida və içkilərdən, xəmir məmulatlarından uzaq durmaq vacibdir. Siqaret və spirtdən uzaq durmaq, bol su içmək də vacib qaydalardandır.

Könül Mürsəliyeva

BDU tələbəsi

Bakıvaxtı.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
bakivaxti.az

1Mənbələr