AZ

Vilyam Hacıyevin cəzası azaldıldı – Azadlığa buraxılır?

İmişlinin məhkum sabiq icra başçısı Vilyam Hacıyevin kassssiya şikayətinə baxılıb.

Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyevin cəzası 8 il 6 ay müddətinə azaldılıb.

Qeyd edək ki, V. Hacıyev bir müddət əvvəl kassasiya şikayəti versə də, sonradan əlavələr etməsi ilə bağlı şikayətini geri götürmüşdü.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, Bakı Ağır Cjnayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

APA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
45
tribunainfo.az

10Mənbələr