AZ

Azərbaycan çempionatının keçirilmə vaxtı dəyişdirilib

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının keçirilmə vaxtı dəyişdirilib.

İdman.biz xəbər verir ki, bu barədə qərarı Azərbaycan Voleybol Federasiyası verib.

Su İdman Sarayında təşkil olunacaq ölkə çempionatının iyunun 25-28-də keçirilməsi nəzərdə tutulmuşdu. Lakin yarışın iyulun 16-19-da baş tutması qərara alınıb.

Bu dəyişikliklərə Şərqi Avropa Zonal Assosiasiyasının yarışları, həmşinin gələn ayın əvvəlində başlayacaq Avropa Voleybol Konfederasiyasının yaş qrupları üzrə turnirlərinə hazırlıq səbəb olub.

Buna görə də ölkə çempionatında iştirak edəcək komandaların qeydiyyatı da uzadılacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
3
idman.biz

4Mənbələr