AZ

“Prius” ların qiyməti 4 min manata düşdü

Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Artıq qərarın qüvvəyə minməsinə sayılı günlər qalıb. Paytaxtın taksi parkının əsas hissəsini isə “Prius” markalı avtomobillər təşkil edir.

“Operativ Media” xəbər verir ki, bu avtomobillərin satışa çıxarılması bazara kəskin təsir edib. Bir zamanlar 13-14 minə satılan avtomobillər indi 4 min manata da satılır.

Bəs bu avtomobillərin dəyərinin 3 dəfə düşməsinə səbəb nədir?

Əvvəla qeyd edək ki, kifayət qədər ekonom olan bu avtomobillər bazardakı öz seqmentində olan digər modellərdən geri qalmır. Bu avtomobillər dözümlülüyünə və ehtiyat hissələrinin ucuz olması ilə də seçilir.

Taksi parkı sahibi Üzeyir Cavadov saytımıza açıqlamasında bildirib ki, əlində olan “Prius” markalı avtomobilləri təcili satışa çıxarıb:

“Bu avtomobilləri bankdan pul götürüb kreditlə almışam. 30-dan çox maşın hələ də əlimdə qalıb. İndi deyirlər ki, ayın birindən buraxılmayacaq. Mən bunları satmalıyam ki, yerinə ili təzə maşın alım kreditləri ödəyim. Maşınların vəziyyəti pis deyil. Bəzilərinin kosmetik xərcləri var. Amma, insafən yaxşı maşınlardır. Məcburam ki, dəyər dəyməzinə satım”.


Bəzi sahibkarlar isə bu avtomobilləri artıq rayonlarda taksi kimi işləməsi üçün fəaliyyət istiqamətlərini dəyişiblər:

“Mənim kimi sahibkarlar var ki, taksiləri rayonlara göndəriblər. Bu avtomobili belə ucuz satmaqdansa, rayonlarda işlətmək daha sərfəlidir. Hələki rayonlarda qadağa yoxdur. Belə nə qədər işləmək olar, bilmirəm. Hələki yeganə çıxış yolu dəyər-dəyməzinə satmaq, kuryerə vermək ya da rayonlarda taksi kimi işlətməkdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
operativmedia.az

1Mənbələr