Rusiya Prezidenti Vladimir Putin yaxın dəqiqələrdə ölkənin Xarici İşlər Nazirliyində çıxış edəcək.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.
“Hazırda çıxışı gözləyirik”, - deyə Peskov Rusiya XİN-in binası yaxınlığında jurnalistlərə açıqlama verib.
Məlumata görə, bu gün Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov, XİN rəhbərinin müavinləri və deputatları nazirliyə gediblər.
***
Vladimir Putin Rusiya XİN-in rəhbərliyi ilə iclas keçirir.
Sonuncu dəfə analoji görüş 2021-ci ilin noyabrında baş tutub.
"Cebhe.info"