AZ

İsrail ilə HƏMAS arasında sövdələşməyə mane olan kimdir? - Baydendən açıqlama

 
"HƏMAS hərbi əməliyyatların tamamilə dayandırılması və İsrail qoşunlarının Qəzza bölgəsindən çıxarılması üçün zəmanətlər tələb edir və bu, danışıqlarda dalan vəziyyəti yaradıb..."
 
"Vaşinqton İsrailə sonadək təzyiq etməyin mümkün olmadığını anlayaraq HƏMAS-ı ittiham etmək taktikasına keçib..."
 
ABŞ prezidenti Co Bayden İtaliyada "Böyük Yeddilik" (G7) ölkə liderlərinin görüşündə Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransı keçirib.
 
Moderator.az xəbər verir ki, bu barə "noi.md" nəşri yazıb.
 
Söhbət əsasən Rusiya ilə müharibə və Rusiyanın müsadirə edilən aktivlərinin Ukrayna hakimiyyətinə verilməsindən gedib.
 
Bununla birlikdə sual verən jurnalistlər həm də Qəzzadakı müharibə ilə maraqlanıb. Onlardan biri aparılan danışıqlar və gözlənilən sövdələşmə ilə bağlı vəziyyət barəsində soruşub.
 
Bayden jurnalistlərin "mövzudan yayınmaqla" bağlı yüngül narazılığını ifadə etsə də, hər halda bu sualı cavablandırıb.
 
"Məsələnin mahiyyəti bundadır ki, biz sazişə gəlmişik. Mənim ifadə etdiyim yanaşma BMT Təhlükəsizlik Şurası, "Böyük Yeddilik" və israillilər tərəfindən dəstəklənib. Ən böyük maneə sazişi imzalamaqdan imtina edən HƏMAS-dır, hərşənd, özləri buna bənzərini təklif edib", - prezident məlumat verib.
 
Bundan öncə İsrail hökumətində "nüfuzlu mənbə" jurnalistlərə izah edib ki, HƏMAS "praktiki olaraq Baydenin təklifini tamamilə təkrarlayıb", orada onlarla paraqrafı dəyişib və təklif edilən şərtləri əhəmiyyətli dərəcədə təhrif edib. 
 
Həmasçılar əvvəlkitək girovların azad edilməsinin ilkin şərti kimi hərbi əməliyyatların tamamilə dayandırılması və İsrail qoşunlarının Qəzza bölgəsindən çıxarılmasını tələb edir.
 
Vaşinqton administrasiyası artıq anlayıb ki, İsrail heç bir halda buna getməyəcək, ölkədə demokratlara loyal olacaq hakimiyyətin bərqərar olacağı yeni seçkilər də gözlənilmir.
 
Ona görə də hərbi əməliyyatların tamamilə dayandırılması məqsədilə İsrailə təzyiq göstərməkdən vaz keçərək, böyük ehtimalla, sonradan müharibənin tam bitməsi ilə nəticələnəcək müvəqqəti atəşkəsə razı olması üçün HƏMAS-a təzyiq göstərmək qərarına gəlib.
 
İsrail dərhal bu "böyük ehtimalla gözlənilən nəticədən" boyun qaçırıb, lakin HƏMAS Baydenin təkliflərindən qəti surətdə imtina etməklə və ABŞ, Çin  və Rusiyadan hərbi əməliyyatların tam dayandırılması və İsrail qoşunlarının Qəzzanı tərk etməsi üçün zəmanətlər tələb etməklə İsrail hökumətinin işini asanlaşdırıb.
 
Aydındır ki, HƏMAS-a heç kim belə zəmanətləri vermək niyyətində deyil, ona görə də Vaşinqton HƏMAS-ı Baydenin təkliflərinin pozulmasında ittiham etmək taktikasına keçib. HƏMAS-ın sərt mövqeyi İsrailin müəyyən mənada əl-qolunu açır.
 
Əgər islamçılar Amerikanın təklifi ilə razılaşsaydılar, İsrail dərhal hərbi əməliyyatları dayandırmalı, müvəqqəti altı həftəlik atəşkəsin daimi atəşkəsə çevrilməsi üçün güclü beynəlxalq təzyiqə tab gətirməli olacaqdı. 
 
Doğrudur, bu altı həftəlik atəşkəs təxminən 30 girovun, o cümlədən bütün qadınların, habelə xəstə və yaralı kişilərin azad edilməsinə gətirib çıxaracaqı.
 
Lakin deyildiyi kimi, HƏMAS hərbi əməliyyatların tam dayandırılması və qoşunların Qəzzadan çıxarılmasına zəmanətlər olmadan girovları azad etmək niyyətində deyil və bu dalan danışıqlarda artıq aylardır ki, qalmaqdadır.
 
Amerikalılar bu dalanı İsrailin mövqeyini irəliyə aparmaqla aradan qaldırmağa cəhd edib, lakin bunu bacarmayıb. 
 
Konqresdə İsrailə dəstək isə Vaşinqton "göyərçinlərinin" sol hissəsinə İsrail əleyhinə tədbirərin tam gücü ilə həyata keçirilməsinə imkan vermir.
 
Vaşinqton seçkilər ərəfəsində İsrailə sonadək təzyiq etməyin mümkün olmadığını anlayaraq bununla barışıb və "HƏMAS-ın özü günahkardır" olduğu mövqeyə keçib.
 
Son həftələr praktiki olaraq Bayden və Blinken tərəfindən İsrail hakimiyyətinin ünvanına daimi "töhmətlər" dayandırılıb.
 
Əzab çəkən dinc sakinlərə humanitar yardımın həcminin genişləndirilməsi, döyüş sursatları tədarükünün dayandırılması təhdidləri və s. fəal siyasi təzyiqdən başqa bir şey deyil.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
moderator.az

1Mənbələr