AZ

Direktor: Doqquz şagird liseyi bu il xüsusi nümunəli attestatla bitirir

Direktor:

Bakı, 14 iyun, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Lisey 2023/2024-cü il tədris ilində 182 məzunla vidalaşır. Doqquz şagirdimiz liseyi xüsusi nümunəli dövlət sənədi – attestatla bitirir. Məzunlarımızın böyük əksəriyyəti liseyi fərqlənmə attestatı ilə bitirirlər.

Bu sözləri AZƏRTAC-a müsahibəsində liseyin direktoru Fərqanə İsayeva söyləyib.

Direktor deyib: “Məzunların sırasında “Sabahın alimləri” respublika müsabiqəsinin, beynəlxalq olimpiadaların, beynəlxalq layihə olimpiadalarının qaliblərini, eləcə də yerli və xarici ölkə universitetlərinə uğurla qəbul olan şagirdlərimizi alqışlayırıq”.

Seçilən
118
azertag.az

1Mənbələr