AZ

ABŞ-ın Ukraynaya göndərdiyi silahların dəyəri NECƏ ŞİŞİRDİLİB? – HESABAT 

“Ukrayna Silahlı Qüvvələri (AFU) üçün ABŞ-dan tədarük edilən silahların qiymətləri daha 1,9 milyard dollar şişirdilib”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin baş müfəttişi Robert Storçun hesabatında qeyd olunub.

Audit yoxlamalarına əsasən hazırlanan hesabatda deyilir: 

“Bizim nümunəmizdə daha əvvəl elan edilmiş 6,2 milyard dollara əlavə olaraq, 1,9 milyard dollar dəyərində yüksək qiymətə malik müdafiə vasitələrinin müəyyən edilməsi onu göstərir ki, Departament və onun agentlikləri Baş Müfəttişin göstərişi ilə reallaşdırılmalı olan tədbirləri tam həyata keçirə bilməyib. Nəticədə, Pentaqon Ukrayna üçün silah xərcləri ilə bağlı uçot səhvinə görə bu il 2 milyard dollar artıq ödəyə bilər”.

Storçun sözlərinə görə, audit nəticəsində müəyyən edilib ki, hərbi məhsulların qiymətləndirilməsində iştirak edən Müdafiə Nazirliyinin bölmələri həmişə mühasibat uçotu prinsiplərini tam başa düşmürlər. Bu da peşəkarlığın olmaması deməkdir.
Xatırladaq ki, sənədlərdə analoji səhv 2023-cü ilin iyununda da aşkarlanıb. Sonradan məlum olub ki, Pentaqon Ukraynaya göndərdiyi silahların qiymətini 2022-ci ildə 2,6 milyard dollar, 2023-cü ildə isə 3,6 milyard dollar artıq göstərib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
bizim.media

1Mənbələr