AZ

Bu piyadanı görəndə dayanın: Sürücülərə tələ qurur - VİDEO

Masazır qəsəbəsində yolda sürücülərə tələ quran piyadanın görüntüsü sosial şəbəkədə gündəm olub. Avtosfer.az xəbər verir ki, videogörüntü Əliağa Vahid küçəsində qeydə alınıb. Belə ki, dayanacaqda dayanan orta yaşlı kişi piyada keçidindən gah o tərəfə, gah da bu tərəfə keçərək sürücülərə təhlükə yaradır. Videogörüntüdən də aydın şəkildə görünür ki, tələ quran piyada avtomobillərin keçidə yaxınlaşdığını görən zaman yolu keçməyə başlayır. Görüntünün nə zaman qeydə alındığı məlum olmasa da, sürücülər bu vəziyyətdən narahatdırlar. Ümid edirik ki, həmin şəxsin kimliyi müəyyənləşdirilərək qanunamüvafiq qaydada məsuliyyətə cəlb ediləcək.

 

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
avtosfer.az

1Mənbələr