AZ

Liderlərdən fərqli istiqamətə gedən Baydeni İtaliyanın Baş naziri GERİ QAYTARDI - ANBAAN VİDEO

G7 Liderlər Zirvəsinə qatılan ABŞ Prezidenti Co Bayden növbəti dəfə gündəm olub.

Olaylar.az bildirir ki, ölkə başçısı yenə hərəkətləri ilə diqqət çəkib.  Belə ki, sammitin açılışında digər liderlərlə birlikdə paraşüt şousunu izləyən Bayden liderlərin olduğu ərazidən fərqli istiqamətə gedib. O, bir müddət boşluğa baxarkən görüntülənib. 

Onun qəribə hərəkətlərini görən ev sahibi, İtaliyanın Baş naziri Giorgia Meloni vəziyyətə dərhal müdaxilə edib. Baş nazir Baydenin yanına gedərək onu digər liderlərin olduğu yerə gətirib, Ağ Ev rəhbərini kameralara tərəf yönəldib.

Qeyd edək ki, G7 ölkələrinin liderləri İtaliyanın Puqliya şəhərindəki Borqo Eqnaziyada bir araya gəlib. Dünən başlayan və 3 gün davam edəcək danışıqlar çərçivəsində liderlər aktual qlobal problemləri müzakirə edəcəklər. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
olaylar.az

1Mənbələr