AZ

Fransa millisi AÇ-2024-ün startı ərəfəsində ulduzunu itirdi

Fransa millisinin cinah oyunçusu Kinqsli Koman 2024-cü il Avropa çempionatı başlamazdan əvvəl zədələnərək komandanın son məşqində iştirak etməyib. 

Fanat.Az xəbər verir ki, bu barədə RTBF məlumat yayıb. 

Xəbərə görə, futbolçunun sağalma müddəti açıqlanmayıb. Fransa yığması Avstriya, Niderland və Polşa yığmaları ilə eyni qrupda yer alıb. Didye Deşamın yetirmələri ilk görüşdə avstriyalılarla qarşılaşacaq. 

Turnir Almaniyada iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Avropa çempionatının açılış oyununda meydan sahibləri Şotlandiya komandası ilə qarşılaşacaq. Qarşılaşma Münhendəki "Allianz Arena" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
fanat.az

1Mənbələr