AZ

National Geographic: "Ermənistan turizm sahəsində cəlbedici yer kimi..."


Ermənistan Turizm Komitəsi bildirir ki, məşhur “National Geographic” jurnalı Ermənistanı turizm sahəsində cəlbedici ölkə kimi təqdim edən məqalə dərc edib.

Erməni mediası xəbər verir ki, jurnal zəngin təcrübə axtaran oxucularını zəngin tarixə, gözəl mənzərələrə, canlı mədəni ənənələrə və ləzzətli mətbəxə malik Ermənistana səfər etməyə çağırıb.


Qeyd edək ki, 2014-cü ildən başlayaraq ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin məşhur “National Geographic” jurnalı Azərbaycan dilində də nəşr olunur.

Azərbaycanın “Garant Media Holdinq” şirkəti ilə ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti (The National Geographic Society) arasında bağlanan müqaviləyə əsasən, “National Geographic” jurnalı Azərbaycan dilində dərc olunur. İmzalanma mərasimində “Garant Media Holdinq”in Müşahidə Şurasının sədri Anar Məmmədov və “The National Geographic Society” cəmiyyətinin vitse-prezidenti Terri Adamson iştirak etmişlər.

Azərbaycan dili jurnalın nəşr olunduğu sayca 40-cı dil olub. Jurnalın əsas materialları ingilis dilindən tərcümə olunaraq, eyni zamanda, Azərbaycan oxucusu üçün maraq kəsb edən materiallar da çap edilib. “National Geographic Azerbaijan” jurnalı 2014-cü ildən 2015-ci ilə qədər fəalliyyət göstərib.

 P.S. Təəssüf ki, dünyanın "ermənistan" kimi tanıdığı ərazilər  qədim oğuz türklərinin dədə-baba yurdlarıdır


Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
adalet.az

1Mənbələr