AZ

Vilyam Hacıyevin cəzası azaldıldı

Vilyam Hacıyevin cəzası azaldıldı

İmişlinin məhkum sabiq icra başçısı Vilyam Hacıyevin kassasiya şikayətinə baxılıb.

"Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, V.Hacıyevin cəzası 12 ildən 8 il 6 aya endirilib.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
40
sonxeber.az

10Mənbələr