AZ

Fazil Mustafa: Qanunları sərt şəkildə qoymalıyıq ki, şəffaflığı qoruyaq və ailə institutunu saxlaya bilək

Deputat Fazil Mustafa Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə danışıb. O qeyd edib ki, nikahdan qabaq tibbi müayinənin məcburiliyi aspektindən qanun sərtləşdirilsə yaxşı olardı.

"Boşananların 30 faizi tibbi müayinə ilə bağlıdır. Qanunvericilikdə nəzərdə tutmuşuq ki, bu həkim sirridir, amma onlarla ailə var ki, ailə qurandan sonra tərələrdən birinin xəstə olduğu məlum olur. İki nəsil arasında böyük bir problem yaşanır, bu dəyişikliklərin davamı gəlməlidir, tibbi müayinələrlə bağlı qaydalar sərtləşdirilməlidir. Qanunları sərt şəkildə qoymalıyıq ki, şəffaflığı qoruyaq və ailə institutunu saxlaya bilək", deyə deputat məsələyə münasibətini bildirib.

Ülviyyə, Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
hurriyyet.az

1Mənbələr