AZ

“Evlilik dönəmində psixoloji müayinədən keçmək məsləhət görülür” - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ailə qurarkən həm tibbi, həm də psixoloji müayinədən keçmək vacibdir. Çünki şəxsin psixi durumunda hər hansı bir problem varsa, bu gələcəkdə sağlam olmayan övlad yetişdirilməsinə səbəb olacaq. Ümumiyyətlə insan psixikasında hər an dəyişikliklər ola bildiyinə görə, evliliyə qədər də, evlilik dönəmlərində də yoxlanışın olması məqsədəuyğundur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, valideyn olduqdan sonra düzgün şəkildə övlad tərbiyə edə bilmək üçün hər iki tərəfin müntəzəm müayinələrdən keçməsi məsləhət görülür:
“Uşaq tərbiyəsində cəzaya üstünlük verildikdə fiziki cəzadan uzaq durmaq lazımdır. Çünki uşağa qadağalar qoyaraq və ya qeyri formada da uşağı cəzalandırmaq mümkündür. Ümumiyyətlə yalnız cəzalandırma deyil, mükafatlandırma və cəzalandırma sistemi tətbiq olunarsa daha yaxşı olar. Amma fiziki cəza uşaqlarda depresiyya yaradır, özgüvənlərini sındırır, insanlara qarşı aqresiyya formalaşdırır. Əgər uşağın psixi durumunda da problem varsa, bu zaman fiziki cəza ilə də bərabər uşaq şəxsiyyət pozuntusu olan bir insana çevrilir.

Fiziki cəzaların mənfi nəticəsi isə gələcəkdə həmin şəxsin də öz övladlarına qarşı eyni münasibəti göstərməsidir”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
sia.az

1Mənbələr