AZ

Husilər sutka ərzində 3 gəmini hədəf aldı

İranın dəstəklədiyi husilər son 24 saat ərzində Qırmızı dəniz və Oman dənizində 3 gəmini ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəf aldıqlarını açıqlayıblar.
Husilərin hərbi məsələlər üzrə sözçüsü Yəhya Seri Qırmızı dəniz və Oman dənizində 3 hərbi əməliyyat keçirdiklərini bildirib.
Yəhya Seri husilərin Oman dənizində ''Verbena'' adlı gəmini ballistik raketlə hədəf aldığını və gəminin alovlandığını qeyd edib.
Qırmızı dənizdəki “SeaGuardian” və “Athena” adlı gəmiləri də ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəf alındığını vurğulayan Yəhya Seri gəmilərə məxsus təşkilatlar haqqında məlumat verməyib.
Yəhya Seri bildirib ki, hücumlar Fələstin xalqına edilən zülmə və  ABŞ ilə Böyük Britaniyanın Yəmənə hücumlarına cavab olaraq həyata keçirilib.
İranın dəstəklədiyi husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq oktyabrın 31-dən etibarən Yəmən sahillərində İsrail şirkətlərinə mәxsus gəmiləri ələ keçirir, bəzilərinə isə pilotsuz uçuş aparatları və raketlərlə hücum edir.

Bu sәbәbdәn  bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki fәaliyyәtlәrini dayandırmaq qərarına gəlib.

Amerika Birləşmiş Ştatları (ABŞ) dekabrın 18-də bir qrup ölkənin iştirakı ilə "Rəfahın mühafizəçisi әməliyyatı" adlı çoxmillətli işçi qrupunun yaradıldığını açıqlayıb.

Husilər ABŞ və İngiltərənin nəzarəti altında olan bölgələrə hücumlarından sonra bu iki ölkənin bütün gəmilərini hədəf alacaqlarını açıqlayıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
trt.net.tr

1Mənbələr